Accessibility links

Bir barel xam neft 142 dollar oldu


Bu gün Nyu-York birjasında xam neftin bir barelinin qiyməti yeni rekorda – 142 dollara qalxıb. Qiymət artımı OPEK kimi tanınan Neft İxrac Edən Ölkələr Təşkilatının sədrinin yaxın bir neçə ayda neft qiymətlərinin 20 faiz artacağını söyləməsindən sonra müşahidə olunub. OPEK prezidenti Çakib Xəlil qiymətlərin sürətlə artmasına səbəb kimi ABŞ dollarının zəif olmasını və Yaxın Şərqdə qeyri-sabitlik faktorlarını göstərib. Ancaq o, qiymətlərin artmasında başlıca olaraq şayiəli ticarəti ittiham edib. İstehlakçılara yardım təklif edən prezident qiymətlərin 200 dollara qalxmasının gözlənilmədiyini bildirib.

XS
SM
MD
LG