Livanın paytaxtı Tripolidə hökumət tərəfdarları ilə müxalifət arasında
baş verən qarşıdurma ikinci gündür davam edir. Zorakılıqlar səbəbi ilə 8 adamın öldürüldüyü bildirilir. Bu gün tərəflərə pulemyot və
qumbaratanlarla xəbərdarlıq atəşi açılıb. Bu iki gün ərzində 30-dan
artıq insan yaralanıb. Evlər və mağazalara ziyan dəyib. Bazar günündən
baş qaldıran zorakılıqlarda hökuməti dəstəkləyən sünni müsəlmanlarla
Hizbullahın başçılıq etdiyi ələvi yaraqlılar iştirak edir.