Accessibility links

Olimpiya məşəli Tibet paytaxtına çatdı


Olimpiya məşəli gərgin təhlükəsizlik tədbirləri altında son dayanacağı olan Tibetin paytaxtı Lhasaya çatıb. Məşəlin gəzdirilməsi mühacirətdə olan Tibet lideri Dalay Lamanın sabiq yay sarayı Norbulingkadan başlayaraq Tibet rəhbərləyinin əyləşdiyi Potala sarayında sona çatıb. Tamaşaçılar qaçıcıların məşəli aparmasını sevinc hissi ilə qarşılayıblar. Bununla yanaşı, hər hansı iğtişaşın qarşısını almaq üçün polis və əsgərlər məşəli mühafizə edib. Çinin Tibetə yürütdüyü siyasətinə qarşı keçirilən etiraz aksiyaları Məşəlin dünyaya səfərinə maneələr törədib. Bu gün Nepal paytaxtı Katmanduda yüzlərlə tibetli Çin konsulluğunun qarşısında məşəlin Tibetdən keçməsinə etirazını bildirib.

XS
SM
MD
LG