Avropa
Birliyi liderləri Lissabon sazişinin gələcəyi barədə qərar verməyi oktyabr
ayına qədər təxirə salıblar. Bu gün Brüsseldə sona çatan
2 günlük Avropa sammitinin başlıca mövzusu genişlənən blokun əməliyyatlarının
nizama salınması olub. Keçən həftə İrlandiya seçiciləri
Lissabon sazişinə “Yox” deyəndən bəri Avropa liderləri çıxılmaz vəziyyətə
düşüb. Ardınca isə bu gün çex rəsmiləri ziddiyyətli bəyanatla çıxış edib. Avropa
liderlərinin bildirdiyinə görə, sazişin ratifikasiyası üçün Çex Respublikasının
konstitusiyasında hələ də problemlər qalmaqdadır.