Accessibility links

ABŞ prezidenti daşqınlardan zərər çəkmiş bölgələrə gedir


Birləşmiş Ştatlar prezidenti Corc Buş bu gün ölkənin Missisipi çayının daşqınları nəticəsində zərər çəkən bölgələrinə gedəcək. Çayın daşması nəticəsində iyirmiyə qədər damba dağılmış, Lova ştatının, eləcə də bir-biri ilə qonşu olan İlinoys və Missuri ştarlarının onlarla sahil şəhərini suya qərq etmişdir. Sellər qarğıdalı və buğda zəmiləri daxil edilməklə, minlərlə hektar kənd təsərrüfatı sahəsini sıradan çıxarmışdır. ABŞ prezidentinin bu ərazilərə səfərində onu Milli Qvardiyanın nümayəndələri müşayiət edəcək.

XS
SM
MD
LG