Accessibility links

İran bu yay kosmosa əlavə 2 raket göndərməyi planlaşdırır


İran fevralda orta və uzaq mənzilli mərmilər barədə artan narahatlıqlar fonunda ilk raketi səmaya göndərmişdi. Lakin təhlilçilər deyirlər ki, İranın orbitə peyk qoymasına hələ çox var.

Fevralın 4-də Tehran raket uçuranda bunun orbitə satellit qoymaq yolunu cızmaq məqsədi daşıdığını bildirmişdi. Əksər müşahidəçilər bunu həm də orta və uzaq mənzilli raketlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirirdilər. Başqaları İslam dövlətinin mübahisəli nüvə proqramının bir sütunu kimi gördülər. Amma bir çox təhlilçilər vurğulayırlar ki, ballistik mərmi inkişaf etdirmək fəzaya peyk qoymaqdan asandır.

"Globalsecurity.org"-un aparıcı mütəxəssisi və fəza eksperti Çarlz Vik deyir ki, İran fevral raketinin daşıdığı yükdən daha ağır yük daşımağa qabil uçurma mexanizmi yaratmalıdır.

Onun sözlərinə görə, uçurma maşınını təkmilləşdirdikdən sonra İranlılar fəzaya satellit göndərə bilərlər: "Bunun üçün onlara daha yeni və iri uçurma mexanimzi lazımdır".

Bəzi təhlilçilər vurğulayır ki, İranın raket mühərrikləri inkişaf etdirməsi üçün propulsiya texnologiyası var. Lakin astronom Conatan McDauell deyir ki, fəzaya peyk qoyulması çox mürəkkəb məsələdir: "Gərəkdir ki, raketi idarə edə biləsən, onu düzgün orbitə yönəldəsən. Raketin müxtəlif mərhələlərini bir-birindən ayırmaq tələb olunur. Yəni peyki uçurma maşınına oturmazdan əvvəl çoxlu manelələri adlamaq lazımdır".

Bu, Rusiya, Çin, Şimali Koreya, Pakistan və Cənubi Afrikadan əldə edilmiş texnologiya əsasında quraşdırılmış İran fəza proqramı üçün proqramı üçün xüsusilə vacibdir.

Çarlz Vikin sözlərinə görə, İranın "Eksplorer 1" modelli raketi bunu büruzə verir. Raket İranın "Qədr 1" və "Şahab 3B" modellərindən qaynaqlanır ki, bunlar da Şimali Koreyanın "No-Donq A" orta mənzilli raketinə əsaslanır.

İranın ilk peyki 2005-ci ildə Rusiyada istehsal olunaraq səmaya göndərilib. İndi bir çox analitiklər İranın öz peyklərini göndərmək istəyini sual altına alırlar. Heritac Fondunda Ceymz Filip deyir ki, İranlılar milli nüfuz istəyi və fəxarət hisslərindən çıxış edirlər. Lakin o, bütün hallarda satellitin növbəti 5 il ərzində fəzaya göndərilə biləcəyinə şübhə ilə yanaşır. Eyni zamanda o, düşünür ki, İranın raket proqramını hədəfləri hərbi xarakter daşıyır. Belə ki, Tehran düşmənlərini uzaqdan vurma qabiliyyətinə yiyələnmək istəyir.

Bir çox təhlilçilər bu fikirlə razılaşırlar, amma çox az adam güman edir ki, yaxın zamanlarda İranın təkmilləmiş qabiliyyəti Yaxın Şərqdə qüvvə balansını dəyişəcək.

XS
SM
MD
LG