ABŞ prezidenti Corc Buş Britaniyanın İrana qarşı sanksiyaları
gücləndirmək və Əfqanıstanda Talibana qarşı mübarizə aparmaq üçün əlavə
əsgəri qüvvə göndərmək vədini alqışlayıb. Cənab Buş və baş nazir Qordon
Braun Londonda keçirilən mətbuat konfransı zamanı İran, İraq və
Əfqanıstanda vəziyyətlə bağlı həmrəy mövqedən çıxış ediblər. Cənab
Braun deyib ki, Əfqanıstana əlavə əsgəri qüvvə göndərməklə Britaniya
bu ölkədə əsgərlərinin sayı ən çox olan ölkə olacaq. O, detalların
daha sonra elan ediləciyini bildirib. Baş nazir Qordon Braun Britaniya
qüvvələrinin bu ilin sonu İraqdan çıxarılacağına dair şaiyələrə son
qoyaraq deyib ki, onun hökuməti əsgərləri bu ölkədə saxlamaq
əzmindədir. O həmçinin Britaniyanın İranın ən böyük bankının
aktivlərini donduracağını deyib. Baş nazirin sözlərinə görə, Tehran
qərb ölkərilə mübahisəli nüvə proqramı ətrafında fikir ayrılıqlarını
azaltmaq istiqamətində iş aparmasa, bütün Avropa İrana qarşı
sanksiyaları gücləndirməyə hazırdır.