Accessibility links

ABŞ prezidenti   Böyük Britaniyada kraliça Yelizaveta ilə görüşüb


ABŞ prezidenti Corc Buş bu gün Böyük Britaniyada kraliça Yelizaveta və baş nazir Gordon Braunla görüşüb. Prezident və birinci xanım Lora Buş baş nazirlə birgə şam yeməyindən öncə kraliçanın Undzor sarayında olub. Corc Buşun baş nazir Gordon Braunla daha bir görüşü sabaha təyin edilib. Görüş zamanı İraq məsələsinin müzakirəyə çıxarılacağı bildirilir. Londonun “Observer” qəzetinə müsahibə verən prezident Buş Braniyanın qüvvələrinin İraqdan çıxarılmasına vaxt qoyulması planının əleyhinə olduğunu bildirmişdi. Corc Buş demişdi ki, qüvvələrin İraqdan çıxaırlması cədvəldən deyil, nailiyyətdən asılı olmalıdır. Britaniya və ABŞ liderlərinin müzakirələrində İran məsələsi də yer alacaq.

XS
SM
MD
LG