Accessibility links

Corc Buş: Amerika və Avropa sülh və tərəqqi işində çiyin-çiyinə dayanıb


ABŞ prezidenti Corc Buş bu gün Amerika xalqına həftəlik radio müraciətində deyib ki, Amerika və Avropa dünyada sülh və tərrəqinin inkişaf etdirilməsi istiqamətində bir sıra addımların atılması haqqında razılıq əldə ediblər.

Cənab Buş Sloveniya, Almaniya, İtaliya, Vatikan, Fransa və Böyük Britaniya liderlərilə görüşdüyü Avropa səfərini sabah başa çatdırır.

Bu gün radio müraicətində cənab Buş deyib ki, liderlər ticarətə dair Doha razılığı üzərində işi başa çatdırırlar. Bu, ABŞ prezidentinin sözlərinə görə, Birləşmiş Ştatların istehsal etdiyi məhsullar və xidmətlərin yeni bazarlara çıxarılması və yoxsulluğun qlobal səviyyədə azaldılması üçün yol açır.

Prezident Buşun bildirdiyinə görə, liderl.r enerji təchizatının diversifikasiysı, qlobal istiləşməyə səbəb olan istixanə qazlarının azaldılması, QİÇS və malyariya xəstəliklərinə qarşı mübarizə məsələlərini müzakirə ediblər.

XS
SM
MD
LG