Accessibility links

Çində zəlzələ gölünün təhlükəsi qalır


" hspace=2 src="/azerbaijani/images/ap_china_lake_quake_Tangjiashan_07jun08_eng_1751.jpg" width=175 align=left vspace=2 border=0>Çinin dövlət mətbuatının bildirdiyinə görə, Siçuan vilayətində suyun drenajlanmasına baxmayaraq keçən ay baş vermiş zəlzələnin yaratdığı gölün səviyyəsi hələ də təhlükəli şəkildə qalxır. Şinxua xəbər agentliyi əyalətin hidro-meterologiya rəsmisi Zanq Tinqə istinadən bildirir ki, gölün içərisinə tökülən suyun həcmi, göldən çıxandan 4.6 dəfə çəxdur. Agentliyin bildirdiyinə görə, gölün şaxələndirilməsi üçün 600 polis və əsgər kanal qazıb və artıq ikinci kanalda işlər başlayıb. Ordu Generalı Ge Zenfenq isə bildirib ki, drenaj layihəsi işləri yaxşı gedir, ancaq göl insanlar üçün təhlükə olaraq qalır. 1.3 milyona yaxın insan hələ də gölün ətrafında yaşayır. 250 mindən çoxu isə evlərindən evakuasiya edilib.
XS
SM
MD
LG