Accessibility links

Demokrat senatorlar Obama və Klinton partiyanın son iki ilkin seçkisinə hazırlaşır


ABŞ prezidentliyinə demokrat namizədlər senatorlar Hillari Klinton və Barak Obama partiyadan nominasiya almaq uğrunda mübarizədə son iki ilkin seçkiyə hazırlaşırlar. Klinton dünən ABŞ-ın Puerto Riko ərazisində qələbə əldə edib, lakin o yenə də nominasiyanı təmin etmək üçün lazım olan nümayəndələrin sayına görə Obamadan geri qalır. Obama Demokrat partiyasından prezidentliyə nominasiya olmaq üçün lazım olan 2118 nümayəndədən 50-nin dəstəyini almalıdır. İllinoiş ştatından senatorun kampaniyası onun bu həftənin sonuna qədər Cənubi Dakota və Montana ştatlatında ilkin seçkilərdən sonra lazım olan səsləri ala biləcəyinə əmin olduğunu bildirib. Klinton və Obama noyabr ayı seçkilərində partiyanı rəsmi olaraq təmsil etmək uğrunda mübarizə aparırlar. Demorkat partiyasında kampaniya marafonu Respublikaçılar partiyasından daha uzun davam edir. Bu, demokratlar arasında partiyada birliyin olmadığına dair narahatlıqarın artmasına səbəb olub.
XS
SM
MD
LG