Accessibility links

Danimarkanın Pakistandakı səfirliyi qarşısında partlayış həyata keçirilib


Pakistan rəsmiləri Danimarkanın İslamabaddakı səfirliyi qarşısında maşına yeləşdirilmiş bomba partlayışı nəticəsində azı 6 nəfərin həlak olduğu və onlarla adamın yaralandığını bildirirlər. Əməliyyatın məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

Hadisə yerində olan Amerikanın Səsinin müxbirləri deyirlər ki, partlayış bir mert dərinliyində çala qazıb və səfirliyin divarını uçurub, yaxınlıqdakı onlarla maşını sıradan cıxarıb. Polisin bildirdiyinə görə ölənlər arasında təhlükəsizlik xidmətinin əməkdaşı da var. Partlayış vaxtı səfirlikdə az adam olub. Danimarkanın xarici işlər naziri Per Stig Moeller hücumu qınayıb.

XS
SM
MD
LG