ABŞ prezidenti Corc Buşun sabiq mətbuat katibi Skot Maklellan deyib ki, o, kəşfiyyat agentinin adının açıqlanması və İraqa müdaxilə ilə bağlı narahatlıqlar haqda bundan əvvəl danışmalı idi. Bu gün Amerika televiziyasında müsahibəsi zamanı Maklellan bunu etmədiyini gəncliyi və təcrübəsizliyi ilə əlaqələndirib. O deyib ki, Ağ evin işçiləriin prezidentlə dərin fikir ayrılığı olduğu zaman istefa verməli olduğuna inanır. Makkelanın Buş administrasiyanın siyasətini şübhə altına aldığı kitabı keçən həftə işıq üzü görüb. Skot Maklellan 2003-2006-cı illərdə Ağ evin mətbuat katibi olub.