Accessibility links

ABŞ-ın “Mütaliə Birincidir” adlı federal proqramı tədris sisteminə yardım edir


Birləşmiş Ştatlarda son bir neçə il ərzində həyata keçirilən “Mütaliə Birincidir” adlı federal proqram hər il bir milyard dollar əldə edir. Bu vəsait tədris sistemində bu praktikanın elmi əsasda tətbiqinə xərclənir. Burada əsas məsələ uşaqların mütaliəsinə və üçüncü sinifdən yuxarı və aşağı şagirdlərə köməkdir.

Buş administrasiyasının 2001-ci ildə “Heç bir uşaq geridə qalmayacaq” proqramına əsasən təhsil ocaqlarına vəsait ayrılıb. Müəllimlər oxu dərslərində leksika və fonetikaya daha çox vaxt ayırmağa başlayıblıar. Lakin araşdırmalar göstərib ki, bunun oxu testlərinə bir o qədər də təsiri yoxdur. Hökumətin tədqiqatçıları araşdırmaların nəyə görə belə nəticələr verdiyini izah edə bilmirlər. Tənqidçilər bu proqramı nailiyyətsiz adlandıraraq, Konqresdən bu proqramın dayandırmasını istəyir.

Təhsil nazirliyi rəsmilərinin bu proqramla bağlı, nəşriyyatlarla “mənfəət əlaqələri” barədə iddialar proqramın daha çox tənqid olunmasına gətirib çıxardıb. Konqres bu il proqrama xərclənən vəsaitin üçdə iki hissəsini kəsib. Lakin federal təşkilatlar bu proqramın bəzi hallarda nailiyyəti olduğunu deyir və davam etdirilməsini istəyirlər.

"Mütaliə Birincidir" proqramı tərəfindən 2004- 2006-cı illər arasında 12 ştatın 17 məktəbində aparılan araşdırmaların nəticələri açıqlanıb. Bundan sonra aparılan araşdırmaların nəticələri isə gələn ilin əvvəlləri açıqlanmalıdır. Digər yeni açıqlamada isə keçən il Amerika məktəblilərinin daha çox kitab oxuduğu bildirilir.

"Renessans Lerning" şirkətinin məlumtında Mütaliə proqramından bir çox məktəblərədə istifadə edildiyi bildirlir. Burada deyilir ki, məktəblilər kitabları oxuduqdan sonra kompyuterin verdiyi suallara cavab verməklə, oxuduqlarını necə qavramaları barədə məlumat əldə edə bilirlər. Artıq kompyuterlə aparılan testlər vasitəsi ilə oxunan 115000 kitabın nəticələri barədə məlumat almaq olar.

Amerikada təhsil haqqında daha ətraflı məlumat üçün Internet saytımızdakı təhsil rubrikasına müraciət edə bilərsiniz. Internet ünvanımız: voanews.com/azerbaijanidir

XS
SM
MD
LG