ABŞ rəsmiləri Şimali Koreyanın nüvə proqramı ilə bağlı Pxenyanın təhvil verdiyi 18 min sənədi nəzərdən keçirməyi planlaşdırırlar. ABŞ Dövlət Departamentinin Koreya məsələləri üzrə direktoru Sunq Kim bu gün son 20 ildə Şimali Koreyanın plutonium zənginləşdirməsi proqramı haqda sənədlərlə dolu qutularla sərhədi keçərək Cənubi Koreyaya daxil olub. Kim bazar ertəsi bu informasiya ilə Vaşinqtona qayıdacaq. 54 nəfərdən ibarət ABŞ nümayəndə heyəti cümə axşamı Pxenyana gələrək Şimali Koreya hökumətini öz nüvə faəliyyətlərini açıqlamağa çağırıblar. Əvəzində ABŞ yoxsul kommunist dövlətinə ərzaq və başqa yardımlar göstərməyi təklif edir.