ABŞ senatoru Barak Obama Şimali Karolina ştatında qələbə əldə edib. O, İndianada yaxşı göstəricilər qazanmaqla Demokrat partiyasından nominasiyaya doğru mühüm bir addım atıb. Şimali Karolina praymerisində İllinoys senatoru 56, sabiq birinci xanım Hillari Klinton isə 42% səs toplayıb. Barak Obama bu ştatdan 115 nümayəndənin əksər hissəsini əldə edib.
Hillari Klinton isə İndiana ştatında rəqibi Obamaya üstün gəlib. Bu ştatda Obama 49, Klinton isə səslərin 51%-ni qazanıb.