Accessibility links

Türkiyə qanunvericiləri cinayət məcəlləsində dəyişikliklər edilməsinə səs veriblər


Avropa Birliyi Türkiyə qanunvericilərinin söz azadlığına məhdudiyyətlər qoyduğu deyilən qanuna dəyişiklik edilməsini alqışlayıb. Avropa Birliyinin sədrliyini icra edən Sloveniya səsməverni söz azadlığının təmin edilməsində konstruktiv bir addım kimi qiymətlənidibr.

Türkiyə parlamenti bu gün cinayət məcəlləsinin “türklüyün” təhqir edilməsinin cinayət hesab edildiyi 301-ci maddəyə dəyişiklik edilməsinə səs verib. Qanuna edilmiş düzəlişə əsasən, “Türk millətinin” təhqir edilməsi cinayət hesab edilir. Burada həmçinin maksimum cəza müddəti üç ildən iki ilə qədər endirilib. Avropa Birliyi quruma üzvlüyün bir hissəsi kimi Türkiyənin söz azadlığına məhdudiyyətləri yüngülləşdirməli oldğunu bildirib.

XS
SM
MD
LG