Accessibility links

Aleksandr Verşbou: "Suriya-Şimali Koreya nüvə əməkdaşlığı altıtərəfli danışıqlara təsir göstərməməlidir"


ABŞ-ın Cənubi Koreyadakı səfiri deyib ki, Suriya və Şimali Koreya arasında nüvə sahəsində əməkdaşlığa dair iddiaların ictimaiyyətə açıqlanması Şimalın nüvə silahı proqramına son qoyulması ilə bağlı danışıqlara təsir göstərməməlidir.

Bu gün Seulda müxbirlərlə danışan səfir Aleksandr Verşbou bildirib ki, Suriya və Şimali Koreya arasında nüvə sahəsində əməkdaşlığı keçən həftə Konqresdə hesabatdan öncə də danışıqlarda mürəkkəblik yaradan bir məsələ idi. Onun sözlərinə görə, ABŞ qanunvericilərinə foto və video dəlillərin təqdim edilməsi məsələsi ətrafında müzakirələri qızışdırsa da, vəziyyətə ağırlıq gətirməyəcək.

XS
SM
MD
LG