Accessibility links

Rusiya Gürcüstanla keçmiş əlaqələrini bərpa edib


Rusiya 2006-cı ildə Gürcüstan rəsmilərinin 4 rus hərbi zabitini casusluq ittihamı ilə həbs etməsindən sonra ölkəyə tətbiq etdiyi sanksiyaları dayandıraraq, rəsmi Tbilisi ilə keçmiş əlaqələri bərpa edib. Bu gün bəyan olunan bu addım, Rusiya prezidenti Vladimir Putinin rəsmi Moskvaya Qərbyönümlü qonşularıyla əlaqələri yaxşılaşdırmaq tapşırığı verməsindən sonra atılıb. Keçmiş əlaqələrin bərpası həmçinin, pul köçürülməsinə aydınlıq gətirir. Bu ənənəvi nəğd pul köçürülməsi Rusiyada işləyən gürcülər və onların vətənlərində yaşayan ailələri arasında olur. Əlaqələrin bərpası sərəncamı Rusiyanın keçən həftə Abxaziya və Osetiya ilə ticarət və mədəni əməkdaşlığını artıracağını bəyan etməsindən sonra verilib.
XS
SM
MD
LG