ABŞ Dövlət katibi Kondoliza Rays sünni, şiə və kürd liderləri İraqda siyasi proseslərdə birgə işlədiklərinə görə alqışlayıb. Bağdada gözlənilmədən səfər edən xanım Raysın sözlərinə görə, bu üç qrupun bu gün birgə işləməsi nəticəsində İraq siyasətində mərkəzləşməyə doğru bir birlik müşahidə olunur. O, İraq baş naziri Nuri Əli Maliki ilə yanaşı başqa yüksək vəzifəli rəsmilərlə də danışıqlar aparır. Xanım Rays İraqdan diplomatik görüşlər keçirmək üçün Bəhreynə və Küveytə gedəcək.
Eyni zamanda, ABŞ ordusu bildirib ki, son bir neçə gün ərzində ölkədə zorakılıqların səviyyəsi artıb. ABŞ hərbi qüvvələrinin bildirdiyinə görə, dünən Bəsrədə radikal şiə ruhanisi Möqtəda Əl-Sədrin istinadgahı ələ keçiriləndən bəri daha çox döyüş baş verib