Accessibility links

Abxaz hərbçilər Gürcüstanın casus təyyarəsini vurduqlarını bildiriblər


Gürcüstanın Abxaziya Respublikasının hərbi rəsmiləri deyir ki, silahlı qüvvələr bu gün Gürcüstanın pilotsuz idarə olan cəsus təyyarəsini vurub. Abxaz rəsmilərinin sözlərinə görə, təyyarə Qail rayonunda vurulandan sonra hərbiçilər onun qalıqlarının axtarışını keçiriblər.

Abxaziya liderləri Gürcüstanın bu yaxınlarda regiona hökumətdə iştirak etmək də daxil olmaqla ən geniş muxtariyyət verilməsi təklifini qəbul etməyiblər. Abxaziya rəsmilərimüstəqillikdən başqa heç bir statusu qəbul etmədiklərini bildiriblər.

Cənubi Osetiya və Abxaziya Gürcüstandan müstəqilliyi 1990-cı illərdə bəyan etmişdi. Hər iki ərazi müstəqilliklərinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını istəyir. Gürcüstan isə hər iki regionu mərkəzi hökumətin nəzarəti altına qaytaqmağa çalışır.
XS
SM
MD
LG