Fransanın bildirdiyinə görə bu ölkə Agqanıstanda hərbi qulluqda olan əsgərlərinin sayını iki dəfə artıracaq. Tacikistanda rəsmi səfərdə olan Fransanın müdafiə naziri Bernard Kuşner bu açıqlamanı bu gün verib və deyib ki, bununla da Əfqanıstanda olan Fransa əsgərlərinin sayı 3 000-ə çatacaq. Cənab Kuşner Əfqanıstanda əsgərlərin sayının artırılmasının səbəbinin orada qulluq edən Fransa əsgərlərinə yardım və Əfqan xalqının müdafəsi olduğunu deyir. Cənab Kuşnerin sabah Əfqanıstana gedəcəyi gözlənilir.