Accessibility links

Şri Lankada intiharçı hücumu zamanı bir kabinet naziri və daha 13 nəfər ölüb


Şri Lanka rəsmiləri Kolombo yaxınlığında kabinet naziri və 13 başqa adamın ölümülə nəticələnmiş intiharçı bomba hücumuna görə məsuliyyəti Tamil Pələngləri qrupunun üzərinə atıblar. Partlayış nəticəsində paytaxt yaxınlığında marafon qaçışının açılış mərasimində sədrlik edən Şosse yolları naziri Cerayay Fernandopulle həlak olub. Keçmiş Olimpiya marafonçusu və milli komandanın məşqçisinin də partlayış zamanı həlak olduqları bildirilir. 100-ə yaxın insan hadisə zamanı yaralanıb.

Baş nazir vəzifəsinə potensial namizəd olan Şosse yolları naziri Şri Lanka yaraqlılarının kəskin tənqidçisi idi və yaraqlı qrupla hökumət arasında müəfəqqiyyətsizliyə uğrayan danışıqlarda iştirak etmişdi.

XS
SM
MD
LG