Accessibility links

İraqda ölənlərin sayı avqustdan bəri ən yüksək səviyyəyə çatıb


İraq təhlükəsizlik qüvvələri ilə radikal şiə ruhanisi Moqtada Əl- Sədrin tərəfdarları arasında baş verən döyüşlər ötən ay İraqda ölənlərin sayını avqustdan bəri ən yüksək rəqəmə çatdırıb. Baş nazir Nuri Əl-Maliki deyib ki, Bəsrədə şiə militantların əzilməsinə yönəlmiş hərbi əməliyyat uğurla başa çatıb. Cənab Maliki bu gün deyib ki, onun idarəsi əlavə 10 000 əsgər toplayaraq şəhərdə ictimai xidmətləri genişləndirəcək.

İraq rəsmiləri deyirlər ki, mart ayı ölkənin cənubunda ən ölümcül aylardan olub. İraqın daxili işlər müdafiə və səhiyyə nazirliklərinin məlumatlarına görə təkcə ötən ay 1,100 mülki vətəndaş və təhlükəsizlik əməkdaşı həlak olub. Bu fevralda ölənlərin sayından iki dəfə artıqdır. Ötən həftə Bəsrədə cərəyan edən toqquşmalarda 400 adam həlak olub.

XS
SM
MD
LG