Accessibility links

ATƏT rəsmisi Rusiyanı Dağıstan jurnalistlərinin qətllərini araşdırmağa çağırıb


ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti son günlər iki Dağıstan jurnalistinin qətlindən şoka düşdüyünü bildirib. O, Rusiyanı bu qətlləri şəffaf və tez bir zamanda araşdırmağa çağırıb.

Keçən cümə günü yanğınsöndürənlər Moskvada yerləşən dövlət telekanalının jurnalisti İlyas Şurpayevin cəsədini Moskvadakı evindən tapmışdılar. O biçaqlanmış və boğulmuşdu. Elə həmin gün naməlum silahlılar Dağıstan dövlət tele-radio şirkətinin direktoru Hacı Abaşilovu müxtar respublikanın paytaxtı Mahaçqalada güllə ilə vurub öldürmüşdülər.

XS
SM
MD
LG