Kosovoda Mitrovitsada bir neçə yüz serb BMT məhkəməsinin binasına hücum edib. Binanı qoruyan BMT polisi etirazçılar giriş qapısından içəriyə keçən vaxt geri çəkiliblər. Etirazçıların BMT bayrağını binanın apararaq, onu Serbiya bayrağı əvəz etdiyi bildirilir. Etiraz aksiyası bu gün Kosovonun baş naziri və prezidenti ilə görüçəcək NATO baş katibi Yaap de Hup Şefferin Kosovoya səfərilə üst-üstə düşür. Kosovonu özünün tarixi ərazisi hesab edən Serbiya vilayətin müstəqilliyini elan etməsini qeyri-qanuni sayır.