Accessibility links

İraq prezidenti Türkiyəyə səfərini başa vurur


İraq prezidenti Cəlal Talabani Türkiyəni strateji əməkdaşlığın bir hissəsi kimi ölkəsinə yatırım qoymağa çağırıb. Ankaraya iki günlük səfərinin son günü cənab Talabani türk sahibkarlarla görüşüb. O qrupa deyib ki, İraq Türkiyə ilə iqtisadi, siyasi və mədəni sahələr daxil olmaqla bütün sahələrdə ələqələr qurmaq istəyir. Prezidentin sözlərinə görə, rəsmi Bağdad Türkiyə şirkətlərinin cənubi İraq və Şimali kürd regionu da daxil olmaqla ölkənin bütün yerlərində fəaliyyət göstərməsini dəstəkləyəcək. Cəlal Talabaninin səfərinin məqsədi Türkiyə ordusunun İraqın şimalına hücumu ilə bağlı iki ölkə arasındakı gərginliyi azaltmaq ibarət olub. Bağdad bu hərbi əməliyyatın İraqın suverenliyini pozduğunu deyərək, hücumu ittiham etmişdi.

XS
SM
MD
LG