Accessibility links

ABŞ Dövlət Departamenti iranlı amerikalı jurnalistin həbsini tənqid edib


ABŞ Dövlət Departamenti İran məhkəməsinin qiyabi olaraq iranlı amerikalı jurnalistə həbs cəzası verməsini tənqid edib. Dövlət Departamentinin sözçüsü Tom Keysi bazar ertəsi günü açıqladığı hesabatda deyib ki, Pərnaz Azimanın həbs cəzasına məhkum edilməsi İranda müstəqil mətbuata qarşı davam edən təqiblərin bir hissəsidir. O, İran hökumətini Azimaya qarşı ittihamları geri götürməyə və jurnalistlərlə təhqiramiz rəftara son qoymağa çağırıb. İran məhkəməsi ABŞ-ın maliyyəşdirdiyi Radio Fərdada çalışan jurnalisti İran hökuməti əleyhinə təbliğat yaymaqda ittiham edərək ona bir il həbs cəzası verib.
XS
SM
MD
LG