BMT-nin nüvə agentliyi İranı nüvə proqramı ilə bağlı daha ətraflı detallat verməyə çağırıb. Agentlik bu gün Vyanada bir həftəlik iclasına başlayıb.. Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyinin rəhbəri Məhəmməd ƏlBaradei təşkilatın 35 üzvdən ibarət heyətinə bildirib ki, bəzi məsələlərdə şəffaflıq təmin edilsə də, İranın nüvə fəaliyyətləri narahatlıq doğurmağa davam edir. ƏlBaradei bu yaxınlarda İranın nüvə proqramına dair yeni hesabatını açıqlayb. Burada deyilir ki, İranın adi silahlara dair hərbi tədqiqatlarından nüvə silahı istehsalında da istifadə edilə bilər. İranın təşkuilatda nümayəndəsi Əli Əsgər Sultaniyə kəşfiyyat hesabatın siyasi motiv daşıdığını bəyan edib. Lakin ABŞ nümayəndəsi Qreqori Şultenin bildiriyinə görə, nüvə agentiyinin hesabatında göstərilir ki, İranın fəaliyətlərinə dair çətin sulların qalması Tehranın gizli silah proqramına malik olduğunu düşünməyə əsas verir. Bu gün eyni zamanda Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların üçüncü paketinə dair qətnamə qəbul edəcəyi gözlənilir.