Accessibility links

Keniyada siyasi rəqiblər koalisiya hökuməti qururlar


BMT-nin sabiq baş katibi Kofi Annanın sözlərinə görə, Keniyanın siyasi rəqibləri ölkənin siyasi böhranına son qoyulması səyləri çərçivəsində koalisiyalı hökumətinin təşkili barədə razılığa gəliblər. Bu gün Nayrobidə danışan cənab Annan keçiriləcək mətbuat konfransında razılaşmanın detalları barədə məlumat veriləcəyini deyib. Keniya prezidenti Muay Kibaki və müxalifət lideri Reyla Odinqanın razılaşmanı bu gün imzalayacağı gözlənilir. Sabiq baş katib mübahisəli dekabr seçkilərindən sonra ölkədə baş qaldıran sisayi böhranın qarşısını almaq üçün aparılan danışıqlara rəhbərlik edir. Müxalilət iddia edir ki, prezident Kibaki qələbəsini təmin etmək üçün seçkiləri saxtalaşdırıb. Zorakılıqlar nəticəsində 1000-dən çox insan həlak olub.
XS
SM
MD
LG