Aparıcı insan hüquqları qrupu prezident seçkiləri ərəfəsində Rusiyada toplaşma və söz azadlığına qarşı təzyiqləri tənqid edib. Qərargahı Londonda olan Amnesty İnternational açıqladığı hesabatda polisin anti-Kreml nümayişlərini zorakılıqla dağıtmasını qeyd edib. Hesabat həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini məhdudlaşdıran Rus qanunlarını tənqid edir. Ruslar gələn həftə prezident seçkilərində səs verəcəklər. Səsvermədə prezident Vladimir Putinin xələfi olan Dmitri Medvedevin asanlıqla qalib gələcəyi gözlənilir.