Accessibility links

Ermənistanda baş prokurorun müavini və müxalifıt fəalları həbs olunub


Ermənistanda prezident seçkilərinin nəticələrinə etirazlar beşinci günə keçən zaman polis baş prokurorun keçmiş müavini və bir neçə müxalifət fəalının həsb edildiyini bildirib. Polisin bu gün açıqladığı bəyanatda deyilir ki, Qagik Cangiriyan müxalifətə qoşulduğu gündən bir gün sonra şənbə günü həsb edilib. Rəsmilərin bildirdiyinə görə, Ermənistanın iki səfiri və xarici işlər nazirinin müavini də etiraz nümayişlərinə qoşulduqları üçün işdən çıxarılıblar. Yerevanda 20 min insan baş nazir Serj Sarkisyanın fevralın 19-u prezident seçkilərində qələbəsinə etiraz edəərək nümayişə çıxıb. Şahidlər ilk dəfə olaraq küçələrdə iğtişaş polisinin göründüyünü deyiblər. Lakin polis nümayişi dağıtmaq üçün hərəkət etməyib.
XS
SM
MD
LG