Accessibility links

ABŞ prezidenti Afrika səfərinə Liberiyada son qoyur


Afrika səfərinin sonuncu dayanacağı Liberiyada olan ABŞ prezidenti Corc Buş Amerikanın Liberiyaya keçdiyi ağır dövrdən sonra yardım etmək arzusunu dilə gətirib. Liberiyanın paytaxtı Monrovidə həmkarı Ellen Conson Sirliflə görüş keçirən prezident Buş Liberiyada gələn tədris ili üçün məktəblilərin dərsliklərlə təmin edilməsinə dair bir milyon dollarlıq planı açıqlamalıdır. 2003-cü ildə yüz minlərlə insan həyatı bahasına başa gələn 14 illik vətəndaş müharibəsindən sonra Liberiyaya Vaşinqton 700 milyon dollarlıq yardım vəd edib. Xatırladaq ki, prezident Buş və birinci xanım Lora Buş Liberiyaya Ganadan gedib. Orada Corc Buş Afrika ölkələrində hərbi bazalar yaratmaq niyyətində olmadığını demişdi. Prezident Amerikanın AFRİKOM adlı yeni proqram çərçivəsində Afrikaya ABŞ qüvvələri yerləşdirilməsi barədə şaiyələrinin həqiqiətə uyğun olmadığı bildirmişdi.

XS
SM
MD
LG