Accessibility links

NATO 3 Balkan ölkəsini alyansa qəbul etməyə hazırlaşır


NATO üzvlərinin bildirdiyinə görə, Xorvatiya, Makedoniya və Albaniya hərbi alyansa daxil olmaq üçün bütün kriteriyaları yerinə yetirib. Makedoniya, Albaniya və Xorvatiyadan olan qanunvercilər Makedoniya paytaxtı Skopyedə NATO ölkələrinin nümayəndələri ilə görüşüb. NATO rəsmisi Bob Simmonsun sözlərinə görə, bütün öhdəlikləri yerinə yetirdiyi üçün, alyans bu 3 ölkəyə qapılarını açmalıdır. Xorvatiya, Makedoniya və Albaniya müdafiə nazirləri isə ABŞ paytaxtı Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibinin müavini Con Neqroponte ilə görüşüb. Görüşlər aprel ayında Rumıniyanın paytaxtı Buxarestdə olacaq NATO sammiti öncəsi keçirilir.
XS
SM
MD
LG