Accessibility links

Corc Buş: "ABŞ-ın Afrika ölkələrində hərbi bazalar yerləşdirmək fikri yoxdur"


ABŞ prezidenti Corc Buş Amerikanın Afrika ölkələrində hərbi bazalar yerləşdirmək niyyətində olmadığını deyib. Prezident Amerikanın AFRİKOM adlı yeni proqram çərçivəsində Afrikaya ABŞ qüvvələri yerləşdirilməsi barədə şaiyələrin həqiqitə uyğun olmadığını deyib. O, AFRİCOM-un Afrika ordularına digər ölkələrdə sülhməramlı fəaliyyət göstərmək üçün kömək məqsədi daşıdığını bildirib.

Bu gün Qanada çxış edən Corc Buş Amerika Birləşmiş Ştatlarının Çini Afrikada qorxunc rəqib kimi qəbul etmədiyini deyib. Qeyd edək ki, Qana prezident və birinci xanım Lora Buşun 5 günlük Afrika səfərinin dördüncü dayanacağıdır. Buş ailəsi beynəlxalq məktəb və ABŞ-ın maliyyələşdirdiyi, qanalıları iş təlimləri ilə təmin edən fondda olub.

XS
SM
MD
LG