Accessibility links

İran rəsmiləri mart seçkilərində daha 300 nəfərin namizədliyini bərpa edib


İranın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, rəsmilər gələn ay parlament seçkilərindən öncə daha 300 nəfərin namizədlyini bərpa edib. Bununla namizədliyi bərpa olmuş şəxsləri sayı 600-a çatıb. İRNA xəbər agentliyi rəsmi nümayəndəyə istinadən xəbər verib ki, namizədlərin adları bu gün açıqlanacaq. İranın Daxili işlər nazirliyini çoxu islahatçı olan 2 min 2 yüzdən artıq namizədin mart aynın 14-də keçiriləcək parlament seçkilərində iştirakına qadağa qoymuşdu. Bir neçə gün bundan öncə ölkənin ali orqanı olan Nəzarət Şurası bu namizədlərdən 280-dən çoxunun namizədliyini bərpa etdiyini bildirmişdi. İran rəsmiləri ölkənin islami sisteminə mötədillik göstərməyən namizədlərin iştirakının qarşını ala bilərlər. Həm islahatçılar, həm mühafizəkarlar namizədlərin kütləvi şəkildə namizədliyinin ləğvini kəskin tənqid edərək, bunun seçki prosesinə mane olduğunu bildiriblər.
XS
SM
MD
LG