Pakistan qüvvələri Əfqanıstanın ali rütbəli Taliban yaraqlısını yaralayıb və həbs edib. Rəsmilər bildiriblər ki, Mansur Dadulla və bir neçə yaraqlı Pakistanın Əfqanıstanla sərhəddəki Bəlucistan vilayətinə keçən zaman aşkar olunublar. Dayanma göstərişinə əməl etməyən yaraqlılar atışmadan sonra ələ keçiriliblər. Mansur Dadulla keçən ilin may ayında NATO və Əfqan qüvvələrinin əməliyyatları zamanı həlak olan Talibanın ali komandiri Molla Dadullanın qardaşıdır. Bu gün həmçinin yolkənarı bombanın partlaması nəticəsində ən azı 6 nəfər həlak olub. Gələn həftə keçiriləcək parlament seçkilərində namizəd Nisar Alik Xan Cənubi Vəziristandakı hücumdan təsadüf nəticəsində qurtula bilsə də, onun bir neçə tərəfdarı yaralanıb.