Accessibility links

İranda Azərbaycanlı din xadimi bir il həbs cəzasına məhkum olub


İrandan gələn məlumatlarda azərbaycanlı din xadimi Əbdüləziz Əzimi-Qədiminin bir illik həbs cəzasına məhkum olunduğu bildirilir. Məhkəmə bu qərarı onun ictimai yerlərdə dini libas geyməsinə qoyulmuş qadağaya əməl etmədiyi üçün çıxarıb.

İran rəsmiləri 2006-cı ildə Əbdüləziz Əzimi-Qədimi İranda azərbaycanlıların hüquqlarının müdafiəsi məqsədilə keçirilmiş siyasi yürüşlərdə iştirak etdiyinə görə ona dini libasını 10 il müddətinə geyməyi qadağan etmişdilər.

Bu gün alınan məlumatlarda deyilir ki, Əzimi-Qədimi bu qadağaya əməl etməkdən boyun qaçırmış və Qumdakı xüsusi məhkəmə onu bir il müddətinə azadlıqlan məhrum etmişdir.

Əzimi-Qədimi 2006-cı ildə Təbrizdə siyasi fəaliyyətlərinə görə artıq bir dəfə altı ay həbs cəzası çəkmişdir.

XS
SM
MD
LG