Rusiya prezidenti Vladimir Putin və onun özbək həmkarı İslam Kərimov ölkələri arasında yaxın münasibətləri davam etdirəcəklərinə söz veriblər. Cənab Putin cənab Kərimovu Kremldə qəbul edərək, bu səfəri iki ölkə arasında yaxşı münasibətlərin davamına işarə kimi qiymətləndirib. Cənab Kərimov öz növbəsində, səfərini Özbəkistanın Rusiyaya yüksək hörmətinə nümunə olduğunu deyib. Səfər zamanı İslam Kərimovun Rusiya prezidentinin xələfi olacağı gözlənilən Dmitri Medvedevlə görüşəcəyi gözlənilir.
2005-ci ildə qərb ölkələri Əndican hadisələrinə görə özbək hökumətini kəskin tənqid etdikdən sonra Özbəkistanın Rusiya və Çinlə münasibətlərini daha da yaxınlaşdırdığı müşahidə edilir. Tənqidələrə cavab oalraq cənab Kərimov Özbəkistanda ABŞ hərbi bazasını bağlamaq qərarı vermişdir.