Belqrad qərbyönümlü siyasətinin davamı və ya Kosovonun müstəqillik tələbinə sərt mövqe arasında seçim edir. Rəsmilərin bildirdiyinə görə, səsəvermənin ilk beş saatı ərzində elektoratın 10 faizi fəallıq nümayiş etdirib.
Yenidən prezidentlik uğrunda yarışlara qoşulan qərbyönümlü Boris Tadiç bugünkü səsəverməni Serbiyanın gələcəyi üçün həlledici adlandırıb. Rəy sorğularına görə Boris Tadiclə ultramillətçi Tomislav Nikoliç biri-birinə olduqca yaxındır.