Accessibility links

Əfqanıstandakı hücumların əsas qurbanları mülki vətəndaşlardır


Rəsmilərin bildirdiyinə görə Əfqanıstanın Qəndəhar vilayətində yol kəınarına yerləşdirilmiş bomba partlayışı 5 mülki vətəndaşın ölümünə, ikisinin yaralanmasına səbəb olub. Rəsmilər NATO və ya Əfqan əsgərlərini hədəf alan bomba hücumunun mülki vətəndaşların maşını yaxınlığında həyata keçirildiyini deyirlər.

Qeyd edək ki, 2001-ci ildən ABŞ-ın başçılığı altındakı qüvvələrin Əfqanıstana yerləşdirməsindən sonra keçən il ölüm hadisələrinin ən çox olduğu il olub. Hücumların hərbiçilərə qarşı nəzərdə tutulmasına baxmayaraq, əsasən qurbanlar mülki vətəndaşlar olur.

XS
SM
MD
LG