Accessibility links

Cənubi Karolina və Nevada ştatlarında ilkin seçkilər keçirilir


Cənubi Karolina ştatında seçicilər respublikaçıların, Nevada ştatında isə həm respublikaçı, həm demokrat partiyasının ilkin seçkilərində səs verirlər. Rəy sorğuları respublikaçıların prezidentliyə aparıcı namizədləri arasında fərqin çox az olduğunu göstərir. Arizona ştatından senator Con Makkeyn, Arkanzas ştataının keçmiş qubernatoru Mayk Hakabi və Massalusets ştatının keçmiş qubernatoru Mit Romni hərəsi əvvəllki üç ştatda ilk seçkinin qalibi olub. Bu, prezidentliyə namizədlərin kampaniyasında ABŞ-ın cənub ştatında ilk yarışdır. Müharibə və din məsələlərinin aparıcı faktorlar olacağı bildirilir.

Makkeyn öz çıxışında diqqəti daha çox zəifləməkdə olan ABŞ iqtisadiyyatına yönəldib. O deyib ki, hökumətin artan xərcləri problemin bir hissəsidir. 1980-ci ildən Cənubi Karolina ştatında qələbə çalmayan heç bir respuiblikaçı namizəd prezident seçilə bilməyib.

Demokratlara gəldikdə, rəy sorğuları göstərir ki, Nevadada Nyu York ştatından senator Hilari Klinton, İllinoys ştatından senator Barak Obama və Cənubi Karolina ştatından keçmiş senator Con Edvards arasında fərq azdır.

XS
SM
MD
LG