Accessibility links

ABŞ dövlət katibinin yardımçısı yenidən Asiyaya qayıdıb


ABŞ dövlət katibinin yardımçısı, Şimali Koreyanın nüvə danışıqlarında Amerikanı təmsil edən Kristofer Hill Şimali Koreyanın nüvə proqramının dayandırılmasına dair öhdəliklərinin müzakirəsi məqsədi ilə yenidən Asiyaya qayıdıb. Pxenyan nüvə fəaliyyətləri ilə bağlı keçən ilin sonuna təyin edilən hesabatı gecikdirmiş və indi yenidən ABŞ-a qarşı retorik hücuma keçmişdir. Bu gün Tokioya çatan ABŞ dövlət katibinin yardımçısı Kristofer Hill Pxenyanla münasibətdə təmkin və qətiyyət nümayiş etdirilməsinə çağırıb. Cənab Hill gələn bir həftə ərzində Şimalı yenidən nüvə silahsızlaşdırılması yoluna qaytarmalıdır. Şimali Koreya nüvə hədələrinə yenidən vüsət verərək, Amerikanı digər ölkələr üzərində dominantlıq etməkdə günahlandırıb. ABŞ dövlət katibinin yardımçısı Kristofer Hill bir həftəlik səfəri çərçivəsində Cənubi Koreya və Çində olacaq, həftə sonu Rusiyaya yola düşəcək.

XS
SM
MD
LG