Accessibility links

Patarkatsişvili yenidən seçki marafonuna qoşulur


Gürcüstanın media maqnatı Badri Patarkatsişvili prezidentlik uğrunda mübarizəyə qayıdaraq, şənbə günü prezident seçkilərinə qoşulacağını bildirib. Patarkatsişvili keçən həftə öz namizədliyini geri götürmüşdü. Bu gün o, Gürcüstanın pravoslav kilsəsinin patriarxı İkinci İlya ilə telefon söhbətindən sonra fikrini dəyişdiyini bildirib. O, Gürcüstanın bir neçə telekanalında müxalifət nümayişçilərinə qarşı güc tətbiq etməmək müqabilində Daxili İşlər nazirliyinin rəsmisinə 100 milyon dolla təklif etdiyi göstərilən video nümayiş etdirildikdən sonra seçki marafonundan çıxmışdı. Patarkatsişvili prezident Mixail Saakaşvilini məğlub etməyə kifayət qədər gücə malik deyil. Bununla yanaşı, prezidentlik səlahiyyətlərini icra edən Nino Burcanadze bu gün deyib ki, onun üçün əsas prioritet şənbə günü səsvermədə qeyri-sabitlik yaranmamağın qarşısını almaqdır.
XS
SM
MD
LG