Accessibility links

Pakistan prezidenti qiyamçılara qarşı lazımı tədbirlər görülməsini əmr edib


" hspace=2 src="/azerbaijani/images/afp_pakistan_military_soldiers_29dec07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Pakistan prezidenti Pərviz Müşərrəf təhlükəsizlik rəislərinə sui-qəsdin qurbanı olmuş müxalifət lideri Benazir Bhuttonun tərəfdarı olan qiyamçılara qarşı lazımı tədbirlər görülməsini əmr edib. Dövlətin nəzarətində olan xəbər agentliyinin bilirdiyinə görə, cənab Müşərrəf bu gün yüksək vəzifəli hökumət və təhlükəsizlik rəsmiləri ilə iclas zamanı direktiv qəbul edib. Pakistanın qətlə yetirilmiş sabiq baş naziri Benəzir Bhuttonun siyasi partiyası onun ölümü ilə bağlı rəsmi açıqlamaları rədd edərək, hökuməti müxalifət liderini qoruya bilməməsini gizlətməyə cəhd göstərməkdə iitiham edib. Dünən hökumət bildirib ki, partlayış zamanı xanım Bhuttonun başı maşının dam pəncərəsindəki dəstəyə dəyib. Verilən xəbərə görə, kəşfiyyat məlumatı sui-qəsdin arxasında axtarışda olan Əl Qaidə terrorçusu Baytulla Məhsudun durduğunu göstərir. Xanım Bhuttonun Pakistan Xalq Partiyasınınn yüksək nüfuzlu rəsmisi hökumətin versiyasını yalan adlandırıb. Sabiq baş nazirin yuyulmasında iştirak edən Şerri Rəhman Amerikanın səsinə bildirib ki, xanım Bhuttonu başından güllə ilə vurublar. Bununla yanaşı, terrorçu Məhsudun sözçüsü militantın bu qətldə iştirak etmədiyini bildirib.

XS
SM
MD
LG