Accessibility links

Səudiyyə Ərəbistanında hücumlar planlaşdıranlar həbs edilib


Səudiyyə hökumətinin bildirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olmaqda şübhələnilən və ölkənin daxilində hücumlar planlaşdıran 28 nəfər təhlükəsinlik qüvvələri tərəfindən həbs edilib. Dövlət xəbər agentliyi Daxili İşlər Nazirliyinə istinadən bu gün bildirib ki, həbslər artıq dekabr ayının ortalarından başlayıb. Rəsmilər həbs edilənlərdən 27-nin Səudiyyə, birinin isə xarici vətəndaş olduğunu xəbər verirlər. Bu addımların Əl-Qaidənin Həcc ziyarətinə gedən zəvvarlara qarşı planlaşdırdığı hücumla əlaqədar olduğuna görə atıldığı barədə məlumat verilmir.
XS
SM
MD
LG