Sabah Özbəkistanda prezident seçkiləridir. Ölkənin avtoritar lideri İslam Kərimov üçüncü müddətə prezident seçilmək istəyir. Onun rəqibləri çox az tanınmış 3 namizədlər - Əsliddin Rüstəmov, Diloram Taşməhəmmədova və Akmal Saidovdur. Son 20 ilə yaxın müddətdə hakimiyyətdə olan sabiq Kommunist lider siyasi rəqiblərini həbsə atdırmış və ya sürgün etdirmiş, mətbuat azadlığını boğmuşdur. Cənab Kərimov ölkədə insan haqları pozuntularına görə dünya ictimaiyyətinin tənqidlərinə məruz qalıb. Müxalifət fəalları Ali Məhkəmə qərarı vasitəsilə kommunist liderin 3-cü dönəm prezidentliyə namizədliyini irəli sürməsinin qarşısını almağa çalışıb, lakin buna müvəffəq olmayıb.