Accessibility links

Hollivudda ssenaristlərin tətili davam edir


Emil Quliyev

Amerika şou biznesi üçün beynəlxalq bazar göstərir ki, Hollivud veriliş və kinolarına baxan və onları səbrsizliklə gözləyən insanlar yalnız amerikalılar deyil.

Bu həftə Hollivud Xarici Press Assosiasiyası gələn ay təqdim olunacaq Qızıl Qlobus Mükafatına namizədləri açıqlayıb. Bu, Hollivudda həyacanlı günlərin başlanğıcından xəbər verir; belə ki, bu, fevral ayındakı Oskar mükafatı təqdimatına doğru aparır. Ancaq gərginlik artmaqdadır. Nyu-Yorkda tətil davam edir.

Keçən həftə Amerika Yazıçılar İttifaqı ilə Kino və Televiziya prodüserləri və alyansı arasındakı danışıqlara son verildi. İndi yazıçılar prodüserləri danışıqları dayandırmaqla federal qanunları pozmaqda ittiham edir. Prodüserlər isə ittihamları rədd edir.

Son danışıqlar keçən həftə başa çatmışdı. Prodüserlər yazıçıların bəzi tələbləri götürməyincə danışıqları davam etdirməyəcəklərini bildirdi. Ləğv olunması istənilən tələblər arasında yazıçıların realiti şou və animasiya proqramlarına daxil edilməsi də var.

Ancaq başlıca problem budur: yazıçılar və prodüserlər internetdə peyda olan işlərin ödənişi barədə razılığa gələ bilmirlər. TV şouların və filmlərin yükləmə bazarı hələ azdır, ancaq inkişafı gözlənilir.

Yazıçılar gəlirlərini artırmaq istəyirlər. Ancaq prodüserlər deyirlər ki, vebdən nə qədər gəlir əldə olunacağı və bu gəlirin necə bölüşdürüləcəyi barədə danışmaq hələ tezdir. Onların məqsədləri gələcəkdə danışıqlara yenidən qayıtmaqdır.

Bu vəziyyətdən təsir görən ilk verilişlər gecəyarısı proqramlarıdır. Yazıçılar olmadığı üçün və tamaşaçıları güldürməkdə davam etmək üçün verilişlər təkrar göstərilir. Ancaq bu şou proqramların yanvarın əvvəllərində yazıçılarsız yeni proqramlara başlayacağı barədə xəbərlər dolaşır.

Bütün bunlardan sonra, seçki kampaniyası zamanı, kim Cey Leno, Deyvid Lettermən və Con Styuart kimi aktyorlardan köhnə zarafatlar istəyəcək?

Bu ziddiyyət nəinki bir kino problemi və hətta kompeks məsələ ola bilər. Ona görə də, televiziya direkorları prodüser alyansı ilə özəl danışıqlara başlayıblar. Direktorlar İttifaqı ilə İstehsal kompaniyaları arasındakı müqavilə iyun ayında başa çatır. Direktorlar qərara alıblar ki, yanvardan sonra danışıqlara başlasınlar.Ancaq onlar deyir ki, direktorlar yazıçılar və prodüserlərə danışıqları bərpa etmək üçün daha bir şans vermək istəyirlər. Qeyd edək ki, 1988-ci ildə olmuş son tətil 22 həftə davam etmişdi. Mütəxəssislər deyir ki, şou biznes sənayesinin tətili çoxlarına ziyan vurur.

XS
SM
MD
LG