Accessibility links

Şimali Sibirdə yeni təbii qaz yatağı istifadəyə verilib


Rusiya və Almaniya liderləri Şimali Sibirdə yeni qaz yatağının açılış mərasimində iştirak ediblər. Rusiyanın milli qaz monopoliyası Qazpromun rəhbəri Dmitri Medvedev layihəni rəsmi Moskvanın Avropada enerji təhlükəsizliyinə yardım cəhdi adlandırıb. Medvedev həmçinin Rusiya prezidenti Vladimir Putinin formal xələfidir. Medvedev və Almaniyanın xarici işlər naziri Frank Valter 2010-cu ilə qədər 25 milyard kub metr təbii qaz istehsal edilməsi gözlənilən bu qaz yatağının istismara verilməsinə kömək ediblər. Qazprom və Almaniyanın kimya qrupu BASF layihənin böyük bir hissəsinə sahibdirlər. Hər iki ölkə liderləri əməkdaşlığı qlobal bazarda rəqabəti artırmaq yolu kimi dəyərləndirirlər.
XS
SM
MD
LG