Accessibility links

İqtisadi problemlər ABŞ istehlakçılarını sıxışdırır


Bir çox amerikalı üçün iqtisadi durum pisləşir. Yanacaq qiymətlərinin qalxması gündəlik işə gedişi bahalaşdırıb. İpoteka kreditlərində, ev bazarında və inşasındakı bum geriyə kurs götürüb. Bir vaxtlar qüdrətli dollar dəyərini itirir və idxal məhsullarının qiyməti artır.

Ted Truman ABŞ Maliyyə nazirliyinin və Federal Ehtiyatlar İdarəsinin sabiq rəsmisidir. O, deyir ki, Amerikalılar ayaqlarını yorğanlarına görə uzatmadıqları üçün əziyyət çəkirlər: “Bir ölkə olaraq biz uzun müddət Ümumdaxili məhsulun 6 faizini istehlak etmişik. Bu istehlak bumu sona yetməkdədir”.

ABŞ-ın ticarət kəsri 2001-ci ildən bəri ikiqat artıb. Çikaqolu iqtisadçı Deyvid Heyl gələn il bir çox adamların ev pulunu verə bilməməsi üzündən evlərini itirəcəyini proqnozlaşdırır: “Bu əhalinin nəhəng kəsimi deyil. Ancaq bu rəqəm nəzərə çarpır. 2 milyona yaxın adam riskdədir. Və bu əsasən aşağı gəlirli qonşuluqlarda konsentrasiya olunub”.

Narahat olan təkcə amerikalılar deyil. Almaniyada Allianz Kapitalın meneceri olan Tomas Putter əsas narahatlığın bu problemin təkcə ipoteka ilə məhdudlaşmaması ibarət olduğunu deyir: “O, həmçinin kredit sahəsinə şamil oluna bilər”.

Lakin başqa iqtisadçılar skeptikləri qiyamətin saxta peyğəmbərləri hesab edirlər. Sentyabrda bitən 3 aylıq müddətdə ABŞ iqtisadiyyatı 5 faiz artıb. İşlilik güclüdür və artır. Surcit Bhalla Yeni Dehlidə investordur. Bhalla deyir ki, hətta ABŞ iqtisadiiyatı yavaşısa belə, Çin və Hindistan bu boşluğu dolduracaq və dünya iqtisadiyyatı tempini bərpa edəcək: “Dünya dinamikasında fantastik situasiya var. Vyetnam, inkişaf edən ölkələr, Saharaaltı Arika və Latın Amerikası dünya iqtisadiyyatına qoşulurlar. Dünya heç vaxt belə inkişafın şahidi olmayıb.”
Əksər amerikalıların durumu hələ də yaxşıdır. Lakin bu Milad bayramı ötən ilkindən azacıq fərqlənə bilər.

XS
SM
MD
LG